Ərik yalnız dadlı deyil, həm də çox faydalıdır.
Qaziler.az obozrevatel.com-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, ərik gözü xəstəliklərdən qoruyan, ürək və ürək-damar sisteminin işini dəstəkləyən qidalarla zəngindir.
Ərikdə görmə qabiliyyətini yaxşılaşdıran və insan orqanizmində sərbəst radikalları neytrallaşdıra bilən güclü antioksidant olan kifayət qədər miqdarda A vitamini var.
Tədqiqatçılar həmçinin 50.000 tibb bacısının göz sağlamlığını araşdırıblar və nəticədə onlar müəyyən ediblər ki, müntəzəm olaraq çoxlu miqdarda A vitamini qəbul edən qadınlarda katarakt riski 40% azalır.
Qeyd edək ki, ərik meyvələrində provitamin A olan karotin 1 mq-da 16%-ə qədərdir. Bizim ərazilərdə bitən heç bir meyvədə analoji miqdarda karotin yoxdur.
QAZİLER.AZ