İyulun 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 10, ikinci doza vaksinlərin sayı 5, üç və daha çox doza vaksinlərin sayı 6, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 968 min 48, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 844, ikinci mərhələ üzrə 4 milyon 884 min 184, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 978, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 342-dür