Mütəxəssislər sağlamlığı məhv edən 7 səhər yeməyini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər saatlarında ən sağlam qida belə sağlamlığa zərər verə bilər.
Səhər yeməyi gününüzün necə keçəcəyini müəyyənləşdirir. Bu səbəbdən səhər yeməyində vitamin və minerallarla zəngin dadlı və sağlam yeməklər yemək vacibdir. Alimlər xəbərdarlıq edir ki, səhər yeməyini qaçırmamalısınız, çünki bu, çəki artımı və bir sıra xəstəliklərin inkişafı ilə nəticələnir. Ancaq yadda saxlamaq lazımdır ki, bütün qidalar səhər yeməyi üçün uyğun deyil. Mütəxəssislər səhər saatlarında hansı məhsullardan imtina etməyin daha yaxşı olduğunu bildiriblər.
Hazır taxıl tərkibli qidalar ən pis səhər yeməyi seçimlərindən biridir. Lakin onlar hələ də çox populyardırlar. Onların tərkibində çoxlu miqdarda şəkər, qeyri-təbii əlavələr və tez yağa çevrilən sürətli karbohidratlar var. Eyni zamanda, belə bir yeməkdən sonra iki saat ərzində yenidən aclıq hiss edəcəksiniz.
Hisə verilmiş ətlər tamamilə qəbuledilməzdir. Belə yeməklər mədə üçün çox ağırdır. Həzm etmək üçün çox vaxt tələb olunur.
Çoxları üçün qəhvə səhər yeməyinin vacib hissəsidir. Bununla belə, araşdırmalar göstərir ki, səhərlər qəhvə qastritin inkişafına və hətta hormonal pozğunluqlara səbəb ola bilər. İçki yüksək turşuluğa malikdir və buna görə də mədə şirəsinin turşuluğuna mənfi təsir göstərir. Bundan əlavə, acqarına qəhvə hormonal pozğunluqlara səbəb ola bilər.
Həmçinin səhərlər şirniyyat yeməmək daha yaxşıdır. Oyandıqdan sonra şəkərli qidaları həzm etmək üçün bədəndə çox az insulin var.
Bananda bədənin ehtiyacı olan çoxlu maqnezium var. Lakin acqarına banan yeməmək daha yaxşıdır, çünki kalsium-maqnezium balansını poza bilərsiniz.
Çiy tərəvəzlər acqarına yeyilməməlidir. Onların tərkibində çoxlu turşu var ki, bu da mədə və selikli qişaları qıcıqlandırır. Əlbəttə ki, belə məhsullar faydalıdır, lakin əsas yeməkdən sonra yemək daha yaxşıdır.
Sitrus meyvələri orqanizm üçün faydalı olan, lakin səhərlər yaxşı olmayan müxtəlif turşularla zəngindir. Bu mədə və bağırsaqlara zərbədir və buna görə də onları acqarına istehlak etmək olmaz.