Altı aylıq uşağa ət vermək olar? - AÇIQLAMA

Altı aylıq uşağa ət vermək olar? -  AÇIQLAMA backend

“Körpələr ilk altı ay ərzində heç bir əlavə qida olmadan, yalnız ana südü ilə qidalanmalıdır”.

Oxu.Az xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bu gün Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bəzən valideynlər uşaqların doymadığını səbəb gətirərək əlavə yeməklərə üz tuturlar:

“Eləcə də, bəzi valideynlər körpələrinə altı aydan başlayaraq ət verir. Bu doğru deyil. Körpələrin həzm sistemi yeni-yeni formalaşır və ət onların həzm sistemi üçün kifayət qədər ağır qida hesab edilir. Uşağın inkişafının sürətli getdiyi bir dövrdə ət ilə yanaşı, xəmir, xüsusilə də şirniyyatlardan istifadəyə üstünlük verilməməlidir”.

Diaspora