Yuxudan oyanan kimi su için - müsbət TƏSİRLƏRİ

Yuxudan oyanan kimi su için -  müsbət TƏSİRLƏRİ backend

Sağlamlığımız üçün su içməyə diqqət etməliyik. Çünki su istehlak etməyən insanlar bir çox sağlamlıq problemləri ilə qarşılaşa bilərlər.

Qaziler.az bildirir ki, su içmədikdə dərinin quruması və qabıqlanması kimi bəzi problemlərlə yanaşı, böyrəklərin zədələnməsi də mümkündür. Bu səbəbdən su içməyi təxirə salmamaq həyatımızın ən böyük qaydalarından biri olmalıdır.

Lakin səhərlər ac qarına su içməyi isə ənənəyə çevirməliyik.

Acqarına su içsək nələr olur?

-Gecə yuxudan duranda su içməmisinizsə, orqanizminiz çoxlu su itirir və səhər onun yerini doldurmalısınız. Bədəninizdə itirilən suyun yerini doldurmaq üçün oyanan kimi su içmək lazımdır.

-Bundan başqa, pəhriz saxlayanların səhərlər acqarına su içməsi də arıqlamağa kömək edəcək. İçməli su mədənin bir hissəsini doldurduğu üçün aclıq hissi yaratmayacaq.

-Səhər acqarına su içdiyiniz zaman bütün toksinləriniz atılır və həzm sisteminiz bu yolla işləməyə başlayır. Nəticədə daha az aclıq hiss edəcəksiniz, bu da çəki artımının qarşısını alacaq.

-Bu bir həqiqətdir ki, acqarına içilən su böyrəklərdə daşın əmələ gəlməsinə səbəb olan turşuları azaldır. Su içməklə toksinlərin səbəb olduğu müxtəlif sidik kisəsi infeksiyalarından da qorunursunuz.

-Acqarına ilıq və ya isti su içməklə bağırsaqlarınızın daha təsirli şəkildə aktivləşməsinə və təmizlənməsinə şərait yaratmış olarsınız.

-Susuzluq qırışlara və dərin məsamələrə səbəb olur. Aparılan araşdırmaya görə, acqarına 500 ml su içmək dəridə qan dövranını artırır, hamar və parlaq bir dəri təmin edir.

-Acqarına bir və ya bir neçə stəkan su içməklə alkol, tütün, qidalanma nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək etmiş olarsınız.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora