Aparılan araşdırmalar diş fırçalamağın ürək xəstəliklərinə müsbət təsir etdiyini ortaya qoyub.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, araşdırma Yaponiyada aparılıb. Məlum olub ki, diş fırçalama ilə ürək sağlamlığı arasındakı əlaqə var.
Belə ki, dişlərin fırçalanması ürək xəstəliklərindən ölmə riskini azaldır. Dişlərini heç fırçalamayanların isə ürək xəstəliklərindən ölmə riski daha yüksəkdir.
Ancaq səhərlər sadəcə fırçalamaq kifayət etmir. Dişlərimizi gündə ən azı 3 dəfə fırçalamalıyıq.
Sözügedən araşdırma 2013-2016-cı illər arasında Yaponiyanın Osaka Universitet Xəstəxanasında müalicə olunan xəstələr üzərində aparılıb. 1675 nəfərin araşdırıldığı araşdırmada iştirakçılar səhər və axşam gündə iki dəfə dişlərini fırçalayanlar, yalnız gecə dişlərini fırçalayanlar, yalnız səhər dişlərini fırçalayanlar, dişlərini heç fırçalamayanlar da qrupuna bölünüb.
Bundan əlavə, tədqiqatda iştirakçıların yaşı, cinsi və siqaret çəkmə vərdişi də nəzərə alınıb. Tədqiqat zamanı ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahiyyə tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri diqqət mərkəzində olub.
Firuzə Alimova
QAZİLER.AZ