Sankt-Peterburqda meningit halları artıb, ölənlər var

Sankt-Peterburqda meningit halları artıb,  ölənlər var backend

Rospotrebnadzorun Sankt-Peterburq Departamenti 2021-ci ildən bəri meningokokk infeksiyasına yoluxma hallarının sayı barədə məlumatlar dərc edib.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, məlumatlar teleqram kanalında yayımlanıb. Məlum olub ki, 2023-cü ilin altı ayında meningit hallarının sayı 2022-ci ilin rəqəmlərinə çatıb.

2023-cü ilin altı ayında 17 meningokokk infeksiyası qeydə alınıb ki, onlardan üçü 17 yaşa qədər uşaqlardır. Biri ölümcül olub. 2022-ci ildə 17 meningokokk infeksiyası qeydə alınıb ki, onlardan doqquzu 17 yaşa qədər uşaqlardır. Ölüm halı 1 nəfər olub”, məlumatda qeyd edilib.

Bundan əvvəl Sverdlovsk vilayətində, Ozon bazarının anbarında səkkiz işçidə meningokokk infeksiyası aşkar edilib. İki nəfər - 21 yaşlı kişi və 46 yaşlı qadın ölüb. Epidemioloji epidemiyadan sonra şirkətin 550 əməkdaşı bu infeksiyaya qarşı peyvənd olunub.

QAZİLER.AZ

Diaspora