Şizofreniya uşaq ana bətnindəykən ortaya çıxır

Şizofreniya uşaq ana bətnindəykən ortaya çıxır backend

Alimlər şizofreniyaya səbəb olan hüceyrələrin erkən hamiləlik dövründə körpələrdə ana bətnində görünə biləcəyini ortaya çıxarıblar.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə “Science Alert”də xəbər dərc edilib.

Belə ki, ABŞ-ın Harvard Tibb Məktəbindən Eduardo Maurinin rəhbərlik etdiyi bir qrup tədqiqatçı şizofreniya xəstəsi olan və olmayan 25 min insandan qan nümunələri toplayıb və genetik məlumatları araşdırıb.

Əldə edilən məlumatlar şizofreniya hüceyrələrinin həmişə irsi olmadığını, xəstəliyin erkən hamiləlik dövründə və ya hamiləliyin ağırlaşmaları nəticəsində inkişaf edə biləcəyi diaqnozunu qoymağa imkan verib.

2017-ci ildə laboratoriyada hazırlanmış hüceyrə paketlərini araşdıran alimlər pozulmuş beyin hüceyrələrinin sürətlə bölünməsinin və fərqləndirilməsinin şizofreniyaya səbəb ola biləcəyinə dair sübutlar tapıb. 2021-ci ildə mürəkkəb hamiləliklərdə plasentada aktiv olan və şizofreniya ilə əlaqəli genlər də aşkarlanıb.

QAZİLER.AZ

Diaspora