Dişlərin əsas "düşmənlər"i müəyyən edilib

Dişlərin əsas "düşmənlər"i müəyyən edilib backend

Dişlərin əsas düşmənləri müəyyən edilib: alma, açıq rəngli pivə və meyvə şirəsi.

Az adam bilir, amma adi alma dişlərinizə çox zərər verə bilər. Mütəxəssislərin fikrincə, bu meyvənin zərəri qazlı içkilərin verdiyi zərərdən təxminən dörd dəfə çoxdur.

Şərab və açıq rəngli pivə də diş çürüməsi riskini artırır, lakin turşu soğan və qreypfrut təhlükəsizdir, çünki insanlar onları tez-tez yemirlər. London Kral Kollecinin Diş İnstitutunun protezlər üzrə rəhbəri, professor David Bartlett-in qeyd etdiyi kimi, problem təkcə nə yediyimiz deyil, onu necə yediyimiz ola bilər.

Məsələn, bir insan almanı yavaş-yavaş yedikdə, yüksək turşu səviyyəsi dişləri zədələmək üçün vaxt tapır. Mütəxəssislər 18-30 yaşlı 1000-dən çox insan üzərində apardıqları araşdırma zamanı belə qənaətə gəliblər.

Mütəxəssislər könüllülərin qida rasionu ilə onların mina və dentinin aşınması arasındakı əlaqə ilə maraqlanıblar.

Nəticədə, almanı sevən insanların dentinə zərər vermə ehtimalının 3,7 dəfə çox olduğu ortaya çıxıb.Öz növbəsində, insanın qida rasionunda olan meyvə şirəsinin dişin yuxarı hissəsinə yaxın olan minaya zərər vermə ehtimalı dörd dəfə, yüngül pivə isə öz növbəsində dentinin zədələnmə ehtimalını üç dəfə artırıb.

Alimlərin fikrincə, bəzi almaların tərkibində dörd çay qaşığı şəkər var ki, bu da ağızda turşuluq səviyyəsinin artmasına səbəb olur. Bu baxımdan həkimlər almanı, məsələn, pendir parçası ilə yeməyi məsləhət görürlər. Çünki kalsium turşunu neytrallaşdırır.

Həmçinin yeməkdən sonra adi su qəbul etmək və ya yeməkdən əvvəl dişlərinizi fırçalamaq dişlərinizi xilas etməyə kömək edir..

QAZİLER.AZ

Diaspora