Mayın 29-dan iyunun 25-dək dünyada bir milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 5,7 mindən çox insan isə dünyasını dəyişib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Məlumata əsasən, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 61 faiz, yoluxmaların sayı isə 49 faiz azalıb.
Dörd həftə ərzində dünyada 1 024 136 yoluxma halı və 5 751 ölüm halı qeydə alınıb.
Bu dövrdə ən çox yoluxma Koreya Respublikasında qeydə alınıb - 371 513 hal.