Günvurmadan qorunmağın YOLLARI

Günvurmadan qorunmağın YOLLARI backend

Həkim Yekaterina Demyanovska həddindən artıq istidə günvurmadan qorunmağın yollarını açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim bildirir ki, tez-tez günəşə məruz qalmaq ciddi problemlərə səbəb ola bilər.

Onun sözlərinə görə, yay mövsümündə qızmar günəş altında bədənin həddən artıq qızması nəticəsində baş verən hərarətlə əlaqədar şəhər çimərliklərinə və ya açıq ərazilərdə yerləşən ictimai yerlərə təcili yardım çağırışlarının sayı kəskin şəkildə artır:

“İstidə qan damarları genişlənir, bu da bir sıra xoşagəlməz əlamətlərə səbəb olur. İlk növbədə özünüzü istidən qorumaq üçün günəşin ən qızmar olduğu pik saatlarda çölə çıxmamağa çalışın. Çöldəsinizsə, baş örtüyünü, gün eynəyini taxmağı unutmayın. Çölə çıxarkən açıq rəngli paltarlara üstünlük verin. Həmçinin dərinizə günəş kremi vurun. Sərinləmək üçün vaxtaşırı kölgəyə gedin.

 

 

Diaspora