Qidalanma və pəhriz mütəxəssisi Hande Söydemir Qurban bayramında necə qidalanmağı açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis bildirir ki, ətin sərtliyi həm həzmdə, həm də yeməkdə çətinlik yarada bilər.
Onun sözlərinə görə, bu səbəbdən qurban əti dərhal istehlak edilməməli, soyuducuda uyğun temperaturda bir neçə gün gözlədikdən sonra manqalda və ya qaynadılaraq istehlak edilməlidir:
“Xüsusilə mədə xəstəliklərindən əziyyət çəkən şəxslər kəsilən əti 24 saat ərzində istehlak etməməlidirlər. Həmçinin ətin bişmə və həzm mərhələlərində çətinlik çəkməmək üçün saxlama şəraitinə diqqət yetirmək lazımdır. Qırmızı ət C və E vitaminləri və kalsium baxımından zəifdir. Bu səbəblə ətin tərəvəzlə bişirilməsi və ətlə yanaşı C vitamini ilə zəngin salatların da istehlak edilməsi çox vacibdir. Yüksək atəş nəticəsində ətdəki zülalları sürətlə bərkiyir və temperatur ətin içinə çata bilmir. Ətin daxili temperaturu ən azı 75 °C olmalıdır. Çox yüksək temperaturda bişirmək ətin xarici səthinin yanmasına və su itkisinin artmasına səbəb olur”.