Ət yeməyi sevənlərə Qurban bayramı ilə bağlı MƏSLƏHƏT

Ət yeməyi sevənlərə Qurban bayramı ilə bağlı  MƏSLƏHƏT backend

"Bayramda ət istehlakının miqdarını nizamlayaraq, yalnız bir dəfə ət yeməyə üstünlük verin”.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu haqda Qidalanma və Pəhriz Mütəxəssisi Bengi Bayer Qurban bayramı öncəsi danışıb. Ət yeməyi sevənlərlə tvsiyyələrini paylaşan mütəxəssis bunları deyib:

“Ətin yağını təmizlədikdən sonra manqalda və ya sobada bişirin. Qızardacağınız ətlərə quyruq yağı və ya kərə yağı əlavə etməyin.

“Əti yapışmayan tavada, az miqdarda yağ əlavə etməklə bişirin. Ət kəsildikdən sonra ən azı 1 gün dinlənməlidir. Dincə qoyulan ət daha tez bişəcəyi üçün qida maddələrində də itki olmayacaq və daha dadlı olacaq. Həmçinin həzm sistemində problem də yaratmayacaq. Bayramda ət və şirniyyata üstünlük verildiyi üçün lif qəbulu arxa planda qalır. Ətin yanına rəngarəng salatlar əlavə etməklə həm lif əldə edə, həm də ətin tərkibindəki dəmirin sorulmasını artıra bilərsiniz”.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora