2050-ci il pandemiyası: 1,3 milyard insan təhlükədə

2050-ci il pandemiyası:  1,3 milyard insan təhlükədə backend

ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan insanların sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək.

Qaziler.az bildirir ki, yeni araşdırmalara görə, diabetli insanların sayı 2021-ci ildəki 529 milyondan 2050-ci ildə 1,3 milyardı keçəcək.

Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.

Nəticələr The Lancet və The Lancet Diabetes & Endocrinology jurnallarında dərc olunub.

Mütəxəssislər bu məlumatları narahatedici adlandıraraq diabetin insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə törətdiyini və dünyada əksər xəstəlikləri üstələdiyini bildiriblər.

QAZİLER.AZ

mənbə: TRTHaber

Diaspora