Süni intellekt erkən doğuşları proqnozlaşdıracaq

Süni intellekt erkən doğuşları proqnozlaşdıracaq backend

Yeni araşdırma süni intellektin hamiləliyin 31-ci həftəsində erkən doğuşları proqnozlaşdıra biləcəyini ortaya qoyub.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları süni zəkanın dərin öyrənmə modelindən istifadə edərək 156 hamilə qadının bətnindəki elektrik dalğalanmalarını araşdırıblar.

Tədqiqatçılar hamilə qadınların yaşı, çəkisi, yağ faizi və hamiləliyin trimestrinə dair məlumatları qarşılaşdırıblar. Daha sonra məlumatlar süni intellektin dərin öyrənmə modelinə köçürülüb.

Süni intellektin dərindən öyrənmə modelinin araşdırmasına qatılan qadınların yüzdə 19-da erkən doğumu proqnozlaşdırdığını vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının açıqladığı hesabata görə, 2020-ci ildə dünyada 13,4 milyon erkən doğuş olub. Bunların təxminən 1 milyonu ölümlə nəticələnib.

Bu, hər 2 saniyədə bir körpənin vaxtından əvvəl doğulduğunu və hər 40 saniyədən bir bu körpələrdən birinin öldüyünü göstərir.

QAZİLER.AZ

Diaspora