Gündüz yuxusu qocalmanı ləngidir

Gündüz yuxusu qocalmanı ləngidir backend

“University College London”un alimləri müəyyən ediblər ki, davamlı olaraq vaxt tapıb bir az yatmaq beynimiz üçün faydalıdır. Bu, beynimizin uzun müddət daha böyük qalmasına kömək edir.

Qaziler.az NTV-yə istinadla xəbər verir ki, gün ərzində yatanların beyninin 15 kub santimetr böyük olduğu müəyyən edilib. Bu o deməkdir ki, qocalma 3-6 il gecikir.

Digər tərəfdən, alimlər yuxu vaxtının yarım saatdan az olmasını bildiriblər.

Gün ərzində yatmağın arıqlamaqdan və ya idman etməkdən daha asan üsul ola biləcəyi qeyd edilib.

Tədqiqatçıların fikrincə, pis yuxu müəyyən müddətdən sonra beyin və beyin hüceyrələrinə zərər verir.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora