Sağlam qidalanmaqla bağlı açıqlamaları ilə gündəm olan Prof. Dr. Canan Karatay koronavirus peyvəndi olan insanlara xəbərdarlıq edib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Karatay “Kanal D”də yayımlanan “Nələr olur həyatda” verilişdə qonaq olarkən danışıb. O, peyvəndin əks təsirlərini azaltmaq üçün nə etmək lazım olduğunu izah edib.
Son zamanlar sağlamlıq problemlərinin koronavirus peyvəndlərinin yan təsirləri ilə əlaqəsinə toxunan Canan Karatay açıqlamaları ilə təəccübləndirib. Peyvəndlərin yan təsirlərindən qidalanma ilə qurtulmağın düsturlarını da açıqlayıb.
Verilişdə “Laxtalanma və infarktın vaksinlə əlaqəsi varmı?” sualına Canan Karatay bu şəkildə cavab verib:
“Tərkibində olan maddələr bütün hüceyrələrə zərər verir. Çünki içində çoxlu sayda yad cisim var. Daxili xəstəliklər üzrə mütəxəssis kimi bu şikayətlərlə qapımı döyən gündə 15-20 xəstədə görürəm.
Laxtalanmanın qarşısını almaq üçün qidalanmaya fikir vermək çox vacibdir. Ən əhəmiyyətli qida isə zeytun yağıdır. Soyuq sıxılmış təbii zeytun yağı dərmandır. Hamı içsin. Sizi kökəltməyəcək, həm qaraciyərin yağlanmasını da azaldır. Bütün orqanizmi təmizləyir. Zeytun yağı təbii qan durulaşdırıcıdır. Bədənin bütün orqanlarını qidalandırır, yeniləyir. İnfarktın, alzheimer xəstəliyinin qarşısını alır. Həmçinin bol su, hərəkət, yatmaq da çox vacibdir”.
Firuzə Alimova
QAZİLER.AZ