Azərbaycanda son sutkada iki nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada iki nəfər COVID-19-a yoluxub backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına iki yeni yoluxma faktı qeydə alınıb, müalicə alan şəxslərdən sağalan olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 896 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir.

Ölkədə son sutka ərzində 346, hazırkı dövrədək isə 7 637 355 test aparılıb.

Diaspora