Xroniki mədə-bağırsaq xəstəliyi mədə divarlarında xoraların əmələ gəlməsi ilə yaranır.
Mədə xorasının səbəbləri
Mədədə iltihablı proseslər, mədə şirəsinin turşuluğunun artması, alkoqolizm, xroniki stress, immunitetin aşağı düşməsi nəticəsində yarana bilər.
Risk faktorları həmçinin irsi meyllilik, düzgün və qeyri-müntəzəm qidalanma, keyfiyyətsiz məhsulların istehlakı, siqaret çəkmək, müəyyən dərmanların qəbuludur.
Xoraya diabet, sifilis, pankreatit, qastrit, vərəm, Kron xəstəliyi, qaraciyər sirozu kimi digər xəstəliklər də səbəb ola bilər.
Mədə xorasının simptomları
Mədə xorasının əsas əlamətlərinə aşağıdakılar daxildir: əsasən qarın yuxarı hissəsində baş verən ağrı; ürəkbulanma, ürək yanması, qusma, iştahsızlıq, turş dadı ilə gəyirmə, şişkinlik, qaz meydana gəlməsinin artması, kilo itkisi.
QAZİLER,AZ