Koronavirusa yoluxan milyonlarla insan iybilmə qabiliyyətini itirib

Koronavirusa yoluxan milyonlarla insan iybilmə qabiliyyətini itirib backend

“The Laringoscope” jurnalı ABŞ-da aparılan araşdırmanı açıqlayıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, alimlər koronavirusu ağır keçirmək ilə dad və qoxu itkisi arasında əlaqənin olduğunu aşkarlayıblar.

Araşdırmaya görə, koronavirusa yoluxan 20 milyondan çox amerikalı qoxu və dadbilmə hissini itirib və onların 25 faizində hisslər bərpa edilməyib.

Milli Sağlamlıq Görüşməsinin apardığı sorğuya əsasən, 2021-ci ilin məlumatlarından istifadə edən tədqiqatçılar, koronavirusa yoluxan sınaq iştirakçılarının təxminən 60 faizinin qoxu və 58 faizinin dad hissini itirdiyini aşkar ediblər

Məlum olub ki, bu iştirakçıların 24 faizində yalnız qismən yaxşılaşma olub, 3 faizdən çoxunda isə qoxu hisslərində heç bir irəliləyişin olmadığı müəyyən edilib.

Dadbilmə qabiliyyətini itirənlərin 20 faizinin dad hissini qismən bərpa etdiyi, 2 faizdən çoxunun isə hələ də dad ala bilməyəcəyi qeyd edilib.

Araşdırmanın yazarlarından Dr. Neil Bhattacharyya aşağıdakı açıqlamanı verib:

“Koronavirusun səbəb olduğu qoxu itkisi ilə qarşılaşdığınız zaman düşünürsünüz ki, insanların əksəriyyəti bu hissi bərpa edir, lakin bu itki ciddi şəkildə geri qayıtmır”.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora