Avstraliyalı alimlər sübut ediblər ki, koronavirus beyin toxumasına uyğunlaşaraq, sinir sisteminin xroniki xəstəliklərinə səbəb olan neyrobioloji təzahürlərə səbəb olur.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu araşdırmanı Avstraliyanın “Queensland” Universitetinin tədqiqatçıları aparıb, sübut ediblər ki, koronavirus beyindəki neyronların və glia hüceyrələrinin membranlarından sintez yolu ilə keçə bilir.
Tədqiqatçılardan Martinez-Marmol, ədəbiyyatda olan ümumi inanca görə virusun beynə daxil olduğu zaman ya hüceyrə ölümü baş verdiyini, ya da infeksiyanın müşahidə oluna biləcəyini ifadə edib: "Ancaq üçüncü ehtimalı da sübut etdik. Bu, sinir birləşməsidir”, - açıqlamasını verib.
Tədqiqatçılar bildirirlər ki, koronavirusun davranışını başa düşmək İİV, quduzluq, qızılca, Zika və sinir sisteminə hücum edən digər virusların nevropatologiyasını və fəaliyyətini anlamaq yolunda mühüm addımdır.
Araşdırma "Science Advances" jurnalında dərc olunub.
QAZİLER.AZ