Plastik doğrama taxtalarındakı hissəciklər qidalara keçir

Plastik doğrama taxtalarındakı hissəciklər qidalara keçir backend

“Plastik səthlərdə kəsilmiş kokoreç, kabab və xəmir kimi hazır qidalarla bağlı aparılan araşdırmada 100 qram kababda orta hesabla 52, qoun ətində 470, xəmirdə 830  mikroplastik hissəcik aşkarlanıb”.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu açıqlamanı xidmətə hazır məhsullarda mikroplastiklərin olub-olmaması ilə bağlı araşdırma edən İstanbul Universitetinin Dos. Dr. Oya Özuluğ verib.

"Ürfa kababının 100 qramında orta hesabla 52, kokoreçdə 470, xəmirdə isə 830 mikroplastik zərrəciyə rast gəldik. Xəmirdə tikələrin sayı çox olsa da, parçaların ölçüsünə millimetrik olaraq baxsaq, kokoreçdən (qoyun təi) az olduğunu söyləyə bilərik.

Əgər müəssisələr xalqa daha sağlam məhsul təqdim etmək istəyirlərsə, daha sağlam və daha təbii materiallara müraciət edə bilərlər. Bu ağac, bambuk və ya şüşə material ola bilər", deyə araşdırmaçı alim qeyd edib.

QAZİLER.AZ

Diaspora