Bu ölkədə cinsi yolla keçən xəstəliklər rekord həddə çatıb

Bu ölkədə cinsi yolla keçən xəstəliklər rekord həddə çatıb backend

Böyük Britaniyada qonoreya və sifilis kimi cinsi yolla keçən xəstəliklərdə rekord artım qeydə alınıb.

Qaziler.az bu barədə “euronews”a istinadla xəbər verir.

Ölkənin Sağlamlıq Təhlükəsizliyi Agentliyinin paylaşdığı məlumatlara görə, 2022-ci ildə süzənək xəstələrinin sayı əvvəlki ilə nisbətən yüzdə 50, sifilis hadisələrinin sayı isə 15 faiz artıb.

Agentlik 2021-ci ildə 54 min 661 olaraq qeydə alınan süzənək (qonoreya) xəstələrinin sayının 2022-ci ildə 82 min 592-yə yüksəldiyini açıqlayıb. Agentliyin məlumatına görə, eyni dövrdə sifilis halları 7543-dən 8692-yə yüksəlib.

Məlumatlar Covid-19 dövründə cinsi yolla keçən xəstəliklərə yoluxma hallarının azaldığını ortaya qoyub.

Agentliyin məlumatına görə, 2022-ci ildə sifilis xəstələrinin sayı 1948-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb. Gonoreya 1918-ci ildən bəri qeydə alınan ən çox yoluxma halına yüksəlib.

Bildirilib ki, bu infeksiyalara ən çox yoluxan yaş qrupu 15-24 yaş arası gənclərdir.

QAZİLER.AZ

Diaspora