Dişdə çürümənin və diş daşının yaranmasının qarşısını almağın ən gözəl yolu düzgün fırçalama rejimini qurmaq və diş minasına zərər verən qidalardan uzaq durmaqdır.
Qaziler.az Türkiyə KİV-nə istinadla Dr. Sahil Patelin bu barədə vacib qeydlərini çatdırır. Həkim xəstələrinin ağız sağlamlığına zərər verə biləcək çoxlu səhvlər etdiyini müşahidə etdiyini bildirib.
Dr. Patel diş pastasını suyla islatmağın edilən başlıca səhvlərdən biri olduğunu deyib:
“Diş məcununu sulandırmayın. Onsuz da kifayət qədər nəmliyə malikdir. İsladıldıqda daha tez köpüklənir və daha tez tüpürməyinizə səbəb olur”.
Həkim düzgün diş fırçalamağın yolunu da izah edib: “İnsanlar adətən diş fırçasını yumruqları ilə tuturlar. Fırçanın tüklərini dişinizə basıb yuyursunuzsa, bu düzgün deyil. Fırçanın tükləri dişlərə qarşı düz olmalı və yumşaq toxunuşla dişlərinizi yumalısınız”.
Həkim axşam yatmazdan əvvəl dişlərin mütləq şəklində yuyulmasını vurğulayıb:
“Yatarkən ağzınızda tüpürcək azalır, gün ərzində yediyiniz yeməklər isə dişlərinizdə qalır və gecə boyu iltihablanaraq böyük problemlərə səbəb olur”.
QAZİLER.AZ