Gündə bir dəfə yemək yedikdə görün nələr olur?

Gündə bir dəfə yemək yedikdə görün nələr olur? backend

Qısa müddətə çəki atmaq, amma aclığa tab gətirə bilməyənlər, fərqli diyet axtarışında olanlar son zamanlar “gendə bir dəfə yemək” diyetini seçir.

Xüsusilə də məşhurların arıqlamaq üçün müraciət etdiyi bu üsul faydasız və sağlamlığa zərərli kimi görünsə də, həqiqət heç də düşünülən kimi deyil.

Belə ki, “One Meal a Day” kimi də adlandırılan diyet, bir növ oruc tutmaq kimi 24 saat ərzində 1 dəfə qidalanmağı nəzərdə tutur. Sizə verilən 1 saatlıq yemək müddətində zövqünüzə görə istədiyinizi yeməyi yeyə bilərsiniz. İsti və soyuq yeməklər, içkilər və atışdırmalıqlar 1 saat içərisində yeyilməlidir. Eyni zamanda gündəlik su ehtiyacınız qarşılanmalı və hərəkətdə olmalısınız.

Gündə bir dəfə yeməyin FAYDASI:

Aclıq müddəti artdıqca hüceyrələrin yenilənməsi artır, keton səviyyələri artır. Teorik olaraq bu, arıqlamaq, cavanlaşmaq və sağlamlıq əldə etmək deməkdir.

Xülasə, gündə bir dəfə yemək yemək insulinin müqavimətini, diabetlə mübarizəni və piylənmə üçün, xüsusən də həddindən artıq yüklənmiş, standart pəhrizlərdən faydalana bilməyən insanlar üçün üstünlük təşkil edir.

Gündə bir dəfə yemək yemək orqanizmi toksinlərdən və zədələnmiş hüceyrələrdən təmizləməyə kömək edir ki, buna autofagiya deyilir.

Alzheimer və Parkinson kimi inkişaf etmiş yaşa bağlı nevroloji pozğunluqların qarşısının alınmasına və onlarla mübarizəyə kömək edir.

Gündə bir dəfə yemək yemək, sizi eyni zamanda nə yeyəcəyiniz barədə düşüncələrdən xilas edəcək.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora