Əl və ayaqların üşüməsinin SƏBƏBLƏRİ

Əl və ayaqların üşüməsinin SƏBƏBLƏRİ backend

Terapevt Tamara İlyinskaya əl və ayaqların davamlı şəkildə soyuq olmasının səbəblərini açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, terapevt bildirir ki, əl və ayaqların daim soyuq olması aşağı təzyiq və hormonal dəyişikliklərin əlaməti ola bilər. 

Onun sözlərinə görə, əl və ayaqların davamlı şəkildə soyuq olmasından ən çox qadınlar şikayət edir:

“Kişilərlə müqayisədə qadınların əzələ kütləsi daha azdır. Bundan əlavə, aşağı qan təzyiqi, hormon dalğalanmaları əl və ayaqların soyuq olmasına səbəb ola bilər. Bu da aterosklerozu göstərir. Belə ki, xolesterol lövhələrinin çökməsi səbəbindən damarların və qan damarlarının daxili boşluğu daralır. Nəticədə qan daha yavaş axır, tam qan axını barmaqlara çatmır, əl və ayaqlar soyuyur”.

 

 

Diaspora