Türkiyədə xarab toyuqları ağardıcı ilə yuyub müştərilərə yedizdirdilər - VİDEO

Türkiyədə xarab toyuqları ağardıcı ilə yuyub müştərilərə yedizdirdilər - VİDEO backend

Türkiyənin Şanlıurfa şəhərində bir restoranda ağartıcı ilə yuyulmuş pis qoxulu və xarab toyuq əti ələ keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, ətlər su ilə yuyularaq müştərilərə yemək üçün verilib.

Qaziler.az xəbər verir ki, yoxlama əsasında inanılmaz halla qarşılaşan baytar həkimlər restoranın mətbəxində suda saxlanılan toyuq ətini görüblər.

Toyuq ətinin xarab olduğunu görən araşdırma qrupu içində saxlanılan suyun ağardıcı vasitə olduğunu müəyyən edəndə gözlərinə inana bilməyiblər.

Restoranda aparılan axtarış zamanı yarım tona yaxın iylənmiş, xarab ət aşkarlanıb. Ələ keçirilən ətlərin isə bir müddət ağardıcı suda saxlanıldıqdan sonra su ilə yuyularaq müştərilərə yedizdirildiyi üzə çıxıb.

QAZİLER.AZ

Diaspora