Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 812 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 451 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

Ölkədə son sutka ərzində 1 160, hazırkı dövrədək isə 7 617 895 test aparılıb.

Diaspora