Azərbaycanda 32 nəfər COVID-19-a yoluxub

Azərbaycanda 32 nəfər COVID-19-a yoluxub backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 420 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 87 nəfərdir.

Ölkədə son sutka ərzində1 235, hazırkı dövrədək isə 7 614 928 test aparılıb.

Diaspora