Həkim günvurma zamanı ilk tibbi yardım tədbirini açıqladı

Həkim günvurma zamanı ilk tibbi yardım tədbirini açıqladı backend

“Günvurma isti havanın və günəş şüasının birbaşa başın açıq nahiyələrinə təsir etdiyi istilik vurmasının bir növüdür. Ona görə də zərərdəymiş şəxsin ilk növbədə kölgə və suya ehtiyacı olur”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın Trans-Baykal Regional İctimai Sağlamlıq və Tibbi Profilaktika Mərkəzinin baş həkiminin müavini Tatyana Yesina deyib.

Həkim xatırladıb ki, günvurma əlamətlərinə baş ağrısı, qızdırma, qan təzyiqi, nəfəs darlığı, susuzluq, ürəkbulanma və qusma daxildir. Şüur itərsə, dərhal həkimə müraciət edilməlidir.

“Zərərçəkəni sərin yerə və ya kölgəyə aparmaq lazımdır. Alnına isti suda isladılmış tənziflə örtün. Bu vəziyyətdə buz istifadə edilməməlidir, çünki qanaxmaya səbəb ola bilər. Günvuran şəxsə hər 30 dəqiqədən bir sərin və az duzlu su ya da rehidron məhlulu içirtmək lazımdır, - həkim bildirib.

QAZİLER.AZ

Diaspora