Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresin açılış mərasimində deyib.
O qeyd edib ki, 2 il əvvəl qəbul edilən “Donor və orqan transplantasiyası haqqında" Qanun buna imkan yaradır: "Qəbul edilən Qanuna əsasən Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da həyata keçirilə bilər. Ölkəmizdə ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssis var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".