Çayın bilmədiyiniz FAYDALARI və ZƏRƏRLƏRİ

Çayın bilmədiyiniz  FAYDALARI və ZƏRƏRLƏRİ backend

Dietoloq çayın az məlum olan faydalı xüsusiyyətlərinə diqqət çəkib.

Dietoloq Anjelika Duval bildirib ki, qara və yaşıl çay nəinki əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir, həm də güclü müalicəvi xüsusiyyətlərə malikdir. O, "Veçernyaya Moskva"ya bu məşhur içkinin az məlum olan faydalı xüsusiyyətlərini açıqlayıb.

Duvalın sözlərinə görə, çay yarpaqlarında çoxlu miqdarda tanin var, bu maddə bakterisid və iltihab əleyhinə təsir göstərir. Bunun sayəsində çay yaraların sürətlə sağalmasına kömək edir.

Həmçinin, dietoloqun fikrincə, bu içki qan təzyiqini normal saxlamağa kömək edir.

Çayın tərkibində katexinlər var - qanaxmaların qarşısını alan və qan damarlarının divarlarını gücləndirən üzvi maddələr var. Vitamin P normal qan təzyiqini saxlamağa kömək edir. Həmçinin [içki] ödem və allergiyaya qarşı yaxşı işləyir.

Anjelika Duval

"Bundan əlavə, çayın tərkibində yüksək miqdarda polifenolik birləşmələr olduğuna görə güclü antioksidant kimi işləyir və nəticədə gəncliyin uzanmasına kömək edir", - deyə Duval əlavə edib.

Yekun olaraq, dietoloq xəbərdarlıq etdi ki, bu içki sidikqovucu təsirə malik olduğuna görə dozaya riayət etmək vacibdir, çünki o, yalnız bədəndən zərərli maddələri deyil, həm də kalsium kimi faydalı maddələri "yuyur". Həmçinin, çay kəskin mərhələdə mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar üçün təhlükəli olan mədə turşusunun istehsalını artırır.

QAZİLER.AZ

Diaspora