Ayaq izindən və nəfəsdən insan DNT-si aşkar ediləcək

Ayaq izindən və nəfəsdən insan DNT-si aşkar ediləcək backend

ABŞ alimləri DNT nümunələrinin insanın çimdiyi sudan, havaya qarışan nəfəsindən və hətta çimərlikdəki ayaq izindən toplana biləcəyini kəşf edib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu araşdırmanı ABŞ-nin Florida Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib.

Araşdırmaya görə, artıq DNT-ni çimərlikdə qalan ayaq izlərindən, otaqda qalan havadan və ya okeanda üzərkən atılan tüpürcək kimi tullantılardan aşkar etmək mümkündür.

Alimlər bu kəşfi nəsli kəsilməkdə olan dəniz tısbağalarını araşdırmaq üçün qumda olan ətraf mühitə aid DNT nümunələrinin çox keyfiyyətli olduğunu və həmin ərazidə yaşayan populyasiyanın genetik əcdadlarını müəyyən edərkən əldə ediblər.

Tədqiqat çərçivəsində havada da DNT aşkar edilib. 6 nəfərin çalışdığı 280 kvadratmetrlik heyvan klinikasından götürülən hava nümunələrinin tədqiqində işçi heyətin və heyvanların DNT-lərinin aşkar edilərək uyğunlaşdırıla bildiyi müşahidə edilib.

QAZİLER.AZ

Diaspora