Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Axar.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 29 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 30 nəfər isə sağalıb, 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 831 540 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 100 nəfər müalicə olunaraq sağalıb, hazırda 204 aktiv xəstə var. Bu günə qədər 10 257 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 181, bu günə qədər isə ümumilikdə 7 596 487 test icra olunub.