Faydaları saymaqla bitməyən noxudun suyunu atmayın. Arıqlamağa kömək edən noxud suyu dərinin sağlamlığı üçün də çox faydalıdır.
Qaziler.az xəbər verir ki, dərisində problemi olanlar bu yazını oxuduqdan sonra bahalı kosmetik prosedurlara pul xərcləməyəcək, noxud suyu ilə gözəlləşməyi üstün tutacaqlar.
Sağlam bədənə nail olmaq üçün sağlam qidalanmaq lazımdır. Bunun üçün də orqanizmə nəyin faydalı olduğunu bilmək vacibdir. Noxud hər orqanizmə gözəl təsir edən və olduqca sağlam qidadır. Amma bu dəfə noxuddan çox, onun suyundan danışacağıq. Noxud suyu:
Yaraları sağaldır;
Bel və əzələ ağrılarına yaxşı təsir edir;
Həzm sistemini rahatladır;
Qısa müddətdə yağların yandırılmasını təmin edir, arıqladır;
Ödəm və şişkinliyi aparır, orqanizmi rahatladır;
Daxili orqanları təmizləməyə kömək edir;
Sızanaqların əmələ gəlməsinin qarşısını alır;
Dəriyə parlaqlıq verir və ləkələri təmizləyir;
Noxud suyunu yulaf əzməsi və ya gil ilə qarışdırıb maska hazırlayın. Bu maskanı üzünüzə sürtüb 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Dəriniz təmizlənəcək və ona parlaq, sağlam görünüş bəxş edəcək.
Noxud suyunu dərinizə tonik olaraq vura bilərsiniz. Pambıq pedi noxud suyuna batırın və dərinizə sürtün. Bu zaman məsamələr təmizlənəcək və dərinin tonu bərabərləşəcək.
Noxud suyu dərini təmizləyərək sızanaq və digər dəri problemlərinin qarşısını alacaq. Noxud suyunu sprey qabına tökün və üzünüzə vurun. Bir neçə dəqiqə saxladıqdan sonra üzünüzü yuyun.
Noxud suyundan yuyunarkən də istifadə etmək olar. Belə ki, hamam suyuna əlavə edərək dərinizin daha nəmli və sağlam qalmasını təmin etmiş olarsınız. Bundan başqa, dərinizi yeniləmək və canlandırmaq üçün də istifadə edə bilərsiniz.
Firuzə Alimova
QAZİLER.AZ