“Y” xromosomu yox olarsa, kişilərdə nə baş verəcək? – Araşdırma

“Y” xromosomu yox olarsa, kişilərdə nə baş verəcək? –  Araşdırma backend

“Y” xromosomu insanlarda iki cinsi xromosomdan biridir. Cinsi xromosomlar hər bir hüceyrədəki 23 cüt insan xromosomundan birini təşkil edir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Y” xromosomunun kiçilib-kiçilməməsi məsələsi uzun müddətdir elm adamlarını çaşdırıb.

Belə ki, “Y” xromosomu üzərində genetik sıralama texnikaları ilə aparılan erkən analizlər nəticəsində xromosomun genlərinin getdikcə azaldığı, dolayısı ilə getdikcə qısaldığı müşahidə edilib.

Bildiyimiz kimi kişilərdə bir “X” və bir “Y” xromosomu, qadınlarda isə iki “X” xromosom var. Bəs Y xromosomu tamamilə yox olarsa, kişilərdə nə olacaq?

Tədqiqatçıların araşdırmasına görə, xoşbəxtlikdən “Y” xromosomu həyat üçün vacib deyil, çünki qadınlar həyatları boyunca yalnız “XX” xromosomunu daşıyırlar. Təəssüf ki, “Y” xromosomu analoqu ilə müqayisədə getdikcə qısalır.

Alimlər “Y” xromosomunun 3,5 milyard il ərzində degenerasiya edildiyini aşkar ediblər. Vəziyyət belə davam edərsə, “Y” xromosomunun DNT-mizdən tamamilə yox olması təxminən 4,6 milyon il çəkəcək.

Avstraliyalı tədqiqatçı Jenny Graves kişilərin azalması ilə “Y”in sonda DNT-ni tərk edəcəyini və gələcəkdə artım problemlərinə səbəb olacağını irəli sürüb.

Kent Universitetinin professorları Darren Qriffin və Peter Ellis deyirlər ki, “Y” xromosomunun sonu kişilərin sonu demək deyil.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora