“Gənə ensefaliti ilə yoluxma iflicin inkişaf riskinə gətirib çıxara bilər ki, bu da ömürlük qalacaq”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi N. F. Qamaley Anatoli Altşteyn xəbərdarlıq edib.
O, NSN-ə bildirib ki, xəstəliyə yoluxanda insanda qızdırma və nevroloji əlamətlər yaranır. Onun sözlərinə görə, ensefalit bütün yaş kateqoriyaları üçün təhlükəlidir.
Klinik göstərici temperaturun qalxmasıdır, nevroloji simptomlar çox tez görünür. Xəstəlik çox ağırdır, xəstəliyin ömürlük iflic edəcək kifayət qədər çoxlu hallarına rast gəlinib”, - Altşteyn izah edib.
Viroloqun sözlərinə görə, virusa qarşı heç bir dərman hazırlanmayıb, lakin profilaktika olaraq vaksindən istifadə etmək olar.
QAZİLER.AZ