Normadan çox su içmək sağalmaz xəstəliyə səbəb olur

Normadan çox su içmək sağalmaz xəstəliyə səbəb olur backend

Az su içmək problem yaratdığı kimi, çox su içmək də eyni dərəcədə zərərli təsirlərə gətirib çıxarır.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, su insanda zəhərlənməyə də səbəb olur. Bu zaman beyində qarışıqlıq, tarazlığın pozulması, ürəkbulanma və qusma kimi simptomlara rast gəlinir. Nadir hallarda sudan zəhərlənmə beyində sıxıntılara və ölümcül problemlərə səbəb olur.

Bədənin düzgün işləməsi üçün suya ehtiyacı var, lakin çox tez-tez su içmək sağlamlıq üçün ciddi nəticələrə də gətirib çıxarır. Böyrəklər saatda cəmi 0,8-1,0 litr su xaric edir və qəfil çox suyun qəbulu orqanizmin elektrolit balansını poza bilər. İnsan həddindən artıq miqdarda su qəbul etdikdə beynindəki hüceyrələr şişməyə başlayır və kəllə daxilində təzyiq artır.

Sudan zəhərlənmənin ilk əlamətləri aşağıdaklardır:

- Ürəkbulanma

- Qusma

- Ağrılar

Şiddətli su zəhərlənməsi halları daha ciddi simptomlara səbəb olur.

Vücudunuzdakı mineralların konsentrasiyası hüceyrələrin içindən daha az olacaq və buna görə də su, sıxlığı tarazlaşdırmaq üçün osmoz vasitəsilə hüceyrələrə keçir və beləliklə, hüceyrələr şişir. Bu şişlik xüsusilə beyində olduqda təhlükəlidir, çünki beyin kəllə içərisində yerləşir. Artan təzyiq beyin zədələnməsinə və hətta ölümə səbəb ola bilər.

Nəticədə həyat tərzinizə uyğun su içmək daha yaxşıdır. Diyetoloq Nupur Krişnanın fikrincə, həyat tərzi insanın nə qədər su içməli olduğuna qərar verməkdə mühüm rol oynayır. 'Əgər oturaq həyat tərzi keçirirsinizsə və tərləyərək çox su itirmirsinizsə, 2-2,5 litrdən çox su içmək məsləhət görülmür. Əks halda içdiyiniz su böyrəyinizdə yığılıb şişkinlik yaradar”.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora