Alimlər uşaq bezlərində virus aşkar etdilər

Alimlər uşaq bezlərində virus aşkar etdilər backend

Danimarkada körpələrə məxsus çirkli uşaq bezlərinin araşdırılması zamanı bəzi məqamlar üzə çıxıb.

Qaziler.az “HaberGoloba”a istinadla xəbər verir ki, bu barədə “Nature Microbiology” jurnalında yazı dərc olunub. Yazıda beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 000 yeni virusun aşkar etdiyini bildirib.

Tədqiqatda uzun müddət astma və xroniki iltihablı xəstəliklərin araşdırılmasında iştirak edən 1 yaşındakı 647 sağlam danimarkalı uşağın nəcisi araşdırılıb. Uşaq bezlərində hələ də müəyyən edilməyən müxtəlif viruslar aşkarlanıb.

Viruslar uşaqların nəcisindəki bakteriya növlərindən 10 dəfə çox olub. Bunların 90 faizi insan hüceyrələrinə deyil, bakteriyalara hücum edən bakteriofaqlardır. Bu bakteriofaqlar xəstəliyə səbəb olmur, əksinə bakteriyaların rəqabət qabiliyyətlərini formalaşdırır və bağırsaq mikrobiomunda bakteriya populyasiyalarını sabitləşdirir.

"Bizim fərziyyəmiz bağırsaq viruslarının fövqəladə yüksək növ zənginliyi, immunitet sistemini hələ bir yaşında yaranan astma və diabet kimi xəstəliklərin mümkünlüyündən qorunmağa xidmət edir”, - Kopenhagen Uşaq Astmasının Prospektiv Tədqiqatlarının baş elmi işçisi Şiraz Şah deyib.

QAZİLER.AZ

Diaspora