Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 339 nəfər müalicə olunaraq sağalıb, 10 220 nəfər vəfat edib, aktiv xəstə sayı 422 nəfərdir.
Ölkədə son sutka ərzində 1 002, hazırkı dövrədək isə 7 580 828 test aparılıb.