Azərbaycanda daha 75 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 75 nəfər COVID-19-a yoluxub backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 830 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 317 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 459 nəfərdir.

Ölkədə son sutka ərzində 1 561, hazırkı dövrədək isə 7 579 826 test aparılıb.

Diaspora