Hər gün paket çay içənlərin diqqətinə: plastik şüşə yeyirsiniz!

Hər gün paket çay içənlərin diqqətinə:  plastik şüşə yeyirsiniz! backend

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Qlobal Plastik Görünüşü” hesabatındakı məlumatlara görə, 2000-ci ildə 234 milyon ton olan plastik istehsalı 2019-cu ildə 460 milyon tona, plastik tullantıların miqdarı isə 2000-ci ildə 460 milyon tona çatıb.

Təbiətdə əriməsi əsrlər çəkə bilən plastiklər bu prosesdə 1 mikrometr ilə 5 millimetr arasında hissəciklərə, yəni mikroplastiklərə çevrilə bilir.

Qaziler.az “Timeturk.com”a istinadla xəbər verir ki, Dos. Dr. Meral Yurtsever TÜBİTAK (118Y515) layihəsi çərçivəsində paket çayların dəmlənərkən torbadan çaya nə qədər mikroplastikin keçdiyini müəyyən etdiyini söyləyib.

"İçkimizə, yəni çaya orta hesabla 13 min mikroplastik hissəcik keçdiyini gördüm. Burada istifadə etdiyim texnika ilə ölçüləri 3 mikrometrə qədər olan mikroplastik hissəcikləri təsbit edə bilirik. Yəni biz çaya 3 mikrometrdən 5 millimetrə qədər 13 min mikroplastik keçdiyini deyə bilərik.

“Çayı paketin içindən boşaldıb adi çaynikdə dəmlədim” deyənlər üçün də araşdırma apardım. “Nil Red” texnikasını tətbiq etdikdən sonra çaya düşən mikroplastikləri daha aydın gördüm. Bu şəkildə də çayda aşkarlandılar”.

Meral Yurtsever çay paketlərinin hamısının plastik qatqılı materialdan, şüşə paketlərin 100 faiz sellülozadan və plastik tərkibdən hazırlandığını qeyd edib.

Professor yeni nəsil çaylardan da danışıb: “Dəbdə olan stik və ya qələm, çubuq çaylar da var. Kənardan baxanda çubuğa bənzəyir, kənarlarında deşiklər, içində isə çay var. Bunu da analiz etdikdə polipropilen maddə ilə əhatələnmiş olduğunu gördük və bundan da içdiyimiz çaya plastik daxil olur”.

Plastiklərin xırda hissələrə bölündüyü halda heç bir xüsusiyyətinin dəyişmədiyini vurğulayan Yurtsever, udulmuş və ya təmasda olan mikroplastiklərin zəhərli təsirlərə səbəb olduğunu vurğulayıb.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora