Bu Afrika ölkəsi ilkə imza atdı: yeni malyariya peyvəndini təsdiqlədi

Bu Afrika ölkəsi ilkə imza atdı: yeni malyariya peyvəndini təsdiqlədi backend

Qərbi Afrika ölkəsi Qana Oksford Universiteti tərəfindən hazırlanmış R21 malyariya peyvəndini təsdiqləyən ilk ölkə olub.

Qaziler.az “yeniakit.com”a istinadla xəbər verir ki, yeni peyvəndi təsdiqləyən Qanada vaksinin beş aydan üç yaşa qədər olan uşaqlarda istifadə ediləcəyi bildirilib.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bu peyvəndi təsdiqləməyi nəzərdən keçirdiyi bildirilir.

Universitetdən verilən açıqlamada Oksford komandası tərəfindən 400-dən çox uşaq üzərində sınaqdan keçirilən peyvəndin ÜST-nin təsdiq kriteriyalarını yerinə yetirdiyi bildirilib.

Açıqlamada peyvəndin heç bir yan təsir göstərmədiyi, yüksək doza qəbul edənlərdə 2 il ərzində 80 faiz, aşağı dozada isə 70 faiz qoruma təmin edildiyi bildirilib.

Qeyd edək ki, ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə gətirib çıxaran malyariya daha çox Afrikada müşahidə edilir. Qitədə hər il orta hesabla 500 min insan malyariyadan ölür. Ölənlərin yarısı isə uşaqlardır.

QAZİLER.AZ

Diaspora