Səhər gəzintisi arıqlamağa kömək edir

Səhər gəzintisi arıqlamağa kömək edir backend

Çikaqo Şimal-Qərb Universitetinin Feinberq Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, səhərlər günəşdə olanlar digərlərindən daha arıq və sağlam olurlar.

Araşdırmada 54 könüllü iştirak edib. Onların hamısına fiziki fəaliyyətlə bağlı məlumatları qeyd edən elektron qadjetlər verilib.

Səhəri gəzintidə keçirən kişilər və qadınlar daha tez arıqlayıblar. Digər iştirakçılarla eyni miqdarda yesələr də onlar kökəlməyiblər.

Alimlərin fikrincə, günün bütün birinci yarısını gəzintiyə sərf etmək lazım deyil. Təmiz havada 20 dəqiqəlik qısa bir qaçış kifayət edəcəkdir. Yeri gəlmişkən, alimlər qaçışı və ya gəzintini küçədə, təmiz havada etməkdən danışırlar. Axı, arıqlamaqda mühüm rol oynayan günəş işığıdır. Evdə, qapalı qaçış yolu bu effekti vermir.

QAZİLER.AZ

Diaspora