Terapevt aspirinin ölümcül təhlükəsi barədə xəbərdarlıq etdi

Terapevt aspirinin ölümcül təhlükəsi barədə  xəbərdarlıq etdi backend

Terapevt bildirib ki, aspirinin nəzarətsiz qəbulu beyin qanamasına səbəb ola bilər.

Qaziler.az-ın məlumatına görə,  həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondrakhin xəbərdarlıq edib ki, aspirinin nəzarətsiz qəbulu ölümcül ola bilər.

Onun bu fikri “Veçernyaya Moskva” nəşrində dərc edilib.

Kondraxin xatırladıb ki, bu dərman trombozla mübarizə üçün istifadə olunur və digər hallarda istifadə edilmir, çünki onun çoxlu yan təsirləri var. Xüsusilə, o, bu dərmanın yüksək temperaturu aşağı salmaq üçün istifadə edilməməli olduğunu vurğulayıb. "Həkimlər aspirindən uşaqlarda, xüsusən üç yaşınadək və eləcə də böyüklərdə qızdırma salıcı kimi istifadə etmirlər, çünki o, qanaxmanı artırır", - terapevt bildirib.

Həkimin sözlərinə görə, aspirinin nəzarətsiz qəbulu xoralara, qanaxmalara, beyin qanamasına səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora