WomanHit sağlamlıq haqqında ən çox yayılmış mifləri dağıdıb
Yuxuda dişlərinizi bir-birinə sıxmaq parazitlə yoluxduğuna işarədir.
Mif. Diş qıcama və qurdların bununla heç bir əlaqəsi yoxdur.
Qoz yaddaşı yaxşılaşdırır.
Doğrudur. Qozun tərkibində beyin fəaliyyətini aktivləşdirən və yaddaşı yaxşılaşdıran polifenollar, antioksidantlar və yağ turşuları var.
Subaylar evli kişilərdən daha az yaşayırlar.
Doğrudur. Ailə həyatı gündəlik işdir, düzgün qidalanma, uşaqlarla gəzməkdir. Buna görə sağlamlıq vəziyyəti daha yaxşı olur. Statistikaya görə, subay kişilər evli kişilərə nisbətən müxtəlif xəstəliklərdən daha çox ölürlər.
Ananas bədəndəki yağları yandırır.
Mif. Ananas bədəndə yağı yandırmaz. Buna inanılır ki, ananasın tərkibində unikal bir ferment olan bromelain var. Onun sayəsində zülallar bir az daha tez sorulur və həzm yaxşılaşır. Amma bu, yağların yandırılmasına və bədənin quruluşuna təsir etmir.
Gəzinti ürəyin fəaliyyətini effektiv şəkildə yaxşılaşdırır.
Mif. Gəzinti zamanı kardio yüklər çox zəifdir. Buna görə də ürəyin işi yaxşılaşmır. Qaçış və ya üzgüçülük daha təsirli olur.
Qırmızı bolqar bibəri sarıdan daha faydalıdır.
Mif. Onların tərkibi fərqlidir. Ancaq hər ikisi faydalıdır. Qırmızı bibərdə likopen, sarı bibərdə isə karotenoidlər çoxdur.
Rəsm çəkmək Alzheimer xəstəliyindən qoruyur.
Doğrudur. Rəsm beyin fəaliyyətini yaxşılaşdırır. O, zəkanı yaxşılaşdırır və erkən yaddaş itkisinin və Alzheimer xəstəliyinin qarşısını alır.
Banan yeməzdən əvvəl yuyulmalıdır.
Doğrudur. Çoxları hesab edir ki, banan qabığı ilə əhatə olunduğu üçün yeməkdən əvvəl yuyulmağa ehtiyac yoxdur. Ancaq bu bir yalnışdır. Bananın qabığını soyarkən, onu əlinizdə tutursunuz, eyni əllərlə bananın özünü çirkləndirirsiniz.
Uşaq dabanlı ayaqqabı geyə bilər.
Doğrudur. Düzgün ayağın formalaşması üçün ayaqqabıların 1 və ya 2 santimetr arasında bir daban olmalıdır. Heç bir halda düz altlığı olan ayaqqabıları seçməyin. Əks halda, ayağın altı düz ola bilər.
Duzlu xiyar marinadlaşdırılmışdan daha faydalıdır.
Doğrudur. Turşuda vitamin yoxdur! Lakin duzlanmışda var. Buna görə də, xiyarları duzlamaq daha yaxşıdır.
QAZİLER.AZ