Türkiyəli diyetoloq Merve Altay oruc tutanların iftar zamanı nələrə diqqət etməsiylə bağlı vacib məqamları açıqlayıb.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, diyetoloq iftardan sonra yuxunun gəlməsini belə izah edib:
Şorbanın içində unun olması insana yuxu gətirir. Ona görə də 3-4 dəqiqə gözləmək lazımdır.
Digər tərəfdən, həkim oturan kimi çox yemək yeməməyin vacibliyinə də toxunub.
Həkim diyetoloq bu məsələdə bir kasa qatığa zərdəçal (sarıkok) və zəncəfil qatıb yeməyin əhəmiyyətini isə xüsusi vurğulayıb.
QAZİLER.AZ