Xurma ilə bağlı bunları mütləq BİLMƏLİYİK

Xurma ilə bağlı bunları mütləq  BİLMƏLİYİK backend

1 - Bir gündə neçə xurma yemək faydalıdır?

Xurma diyet lifi və essensial yağ turşuları ilə zəngindir. Kolori cəhətdən yüksək olduğu üçün gündə 3-4 ədəd yeyilməsi məsləhətlidir. Xurmanın şəkər və kalori baxımdan zəngin olduğunu və çox yeyildiyi zaman kökəlməyə və digər sağlamlıq problemlərinə təkan verəcəyini unutmayın. Ona görə də sağlamlığınızı nəzərə alıb ölçülü, sağlam və normanı pozmadan yeməkdə fayda var.

2 – Diabet xəstəsi xurma yeyə bilərmi?

Bəli, yeyə bilər. Aşağı qlisemik indeks və yaxşı lif tərkibli xurma, sağlam qidalanan və idman hərəkətlərindən geri qalmayan şəkər xəstələrinin yeyə biləcəyi qidadır.

3 – Xurmanı necə saxlamaq olar?

Xurmanın nəmliyi özündə saxlaması üçün ən yaxşısı onu soyuducuda - hava keçməyən bir yerdə saxlamaqdır. Soyuducuda 6 aya qədər saxlamaq mümkündür. Lakin uzun müddət qalsa nəmliyini itirir. Xurmanın miqdarı çoxdursa, 1 ilə qədər dondurucuda dondurmaq olar.

4 – Xurmanın hamilə qadınlara hansı faydaları var?

Xurma doğuş qüsurlarını azaltmağa kömək edən folat mənbəyidir. Həmçinin dəmir və K vitamini ilə zəngin olduğundan ana bətnində böyüyən körpədə güclü sümük, əzələ və sinir sisteminin inkişafına kömək edir. Tədqiqatlar, xurmanın hamiləliyin son aylarında servikal inkişafı artırdığını aşkar edib.

5 – Ən yaxşı xurma növü hansıdır?

Müxtəlif növləri olan xurma yetişməsindən asılı olaraq 3 qrupa bölünür: təzə - yumşaq, yarı quru və quru xurma. Hər birinin özünəməxsus dadı və sağlamlıq üçün faydaları var. Daha çox faydalanmaq üçün bütün növlərindən yemək yaxşıdır.

Firuzə Alimova 

QAZİLER.AZ

Diaspora