Qırmızı meyvələr infarktdan qoruyur

Qırmızı meyvələr infarktdan qoruyur backend

Bostondakı (ABŞ) Harvard Sağlamlıq Məktəbinin alimləri belə qənaətə gəliblər ki, həftədə üç və ya daha çox porsiya qaragilə və çiyələk yemək infarkt riskini  azaltmağa kömək edir.

Çiyələk, qaragilə, üzüm, böyürtkən və digər meyvələrdə, eləcə də bəzi tərəvəzlərdə olan flavonoidlərin insan orqanizmi üçün çox faydalı olduğu sübut edilmişdir. Xüsusilə, flavonoidlərin xüsusi alt sinfi - antosiyaninlər - qan damarlarının genişlənməsini təşviq edir, damar lövhələrinin mənfi yöndə formalaşmasının qarşısını alır və ürək-damar sistemimizə fayda verən bir sıra digər müsbət təsirləri təmin edir.

Məlum olub ki, qırmızı və tünd göy rəngli meyvə və tərəvəzlər daha faydalıdır.

Qeyd edək ki, tədqiqatın nəticələri yaş, yüksək qan təzyiqi, ailə infarkt tarixi, bədən çəkisi, fiziki fəaliyyət, siqaret, kofein və ya spirt qəbulu kimi risk faktorlarından asılı deyildi.

Soirmag.be yazır ki, alimlər gənc yaşda belə qaragilə və çiyələkdən aktiv istifadənin yetkinlik dövründə infarkt riskini azalda biləcəyini vurğulayırlar.

QAZİLER.AZ

Diaspora