Dietoloq Yelena Solomatina yaşlılar üçün ən faydalı şirənin adını açıqlayıb. Söhbət albalı şirəsindən gedir.
Qaziler.az bildirir ki, bu barədə “Moskva 24” yazır.
Albalının tərkibində çoxlu antioksidant var. Məhsul nə qədər parlaq olarsa, hüceyrələri məhv olmaqdan və yaşlanmadan qoruyan piqmentlər, antioksidantlar bir o qədər çox olur.
Albalı həm də qanda şəkərin səviyyəsini aşağı salır.
Yaşlı insanlar tez-tez yuxu pozğunluğundan əziyyət çəkirlər. Albalı suyu gecə istirahətinizi yaxşılaşdırmağa kömək edəcək.
Ekspertin sözlərinə görə, bu meyvənin tərkibində yuxu hormonu melatonin var. Bu baxımdan, axşam yatmazdan təxminən bir saat əvvəl bu şirədən içmək daha yaxşıdır.
"Şirəni "borucuq"la içmək lazımdır, çünki turşular diş minasına zərər verə bilər" - deyə həkim bildirib.
"Bundan əlavə, yalnız təzə giləmeyvə deyil, həm də dondurulmuş meyvələrdən öz əllərinizlə hazırlamaq daha yaxşıdır. Bu zaman içki sağlamlığınıza daha faydalı olacaq", - dietoloq məsləhət görüb.
QAZİLER.AZ